# #
#
Adaçayı Efir Yağı

Lecheq Farm & Distillery olaraq, Adaçayı Muskatının (Clary Sage) Efir Yağını təqdim etməkdən qürur duyuruq. Hündürlüyü altı futa (iki metrə) qədər çatan bu ikiillik və ya çoxillik bitkinin çiçəkləyən gövdələrindən əldə edilən efir yağımız, təbiətin və qabaqcıl emal texnalogiyanın ideal sinergiyasını təmsil edir.
Müstəsna Saflıq və Aromatik Profil

Bizim Adaçayı Muskatı, unikal aromatik və terapevtik keyfiyyətlərini təmin edən müstəsna kimyəvi profili ilə yüksək qiymətləndirilir:

Linalil Asetat (Linalyl Acetate) maddəsi: Tərkibi adətən 60%-i aşır, bu da yağa möhtəşəm, şirin, otlu-balzamlı bir ətir verir və onun məşhur sakitləşdirici təsirini təmin edir.

Linalool: Təxminən 20% təşkil edən bu komponent, tərkibi tamamlayaraq ümumi ətrə təravətli və mürəkkəb çiçək notları əlavə edir.

Dəyərli Tətbiqlər: Sağlamlıqdan Yüksək Parfümeriyaya

Adaçayı Muskatı geniş bir tətbiq spektrinə malikdir və bu da onu əvəzolunmaz bir inqrediyentə çevirir:
Terapevtik və Sağlamlıq Xüsusiyyətləri
Xüsusilə qadın sağlamlığını dəstəkləməkdə faydalı və yumşaq təsirləri ilə tanınır. Bundan əlavə, mə'də pozğunluğu, digər həzm sistemi xəstəlikləri simptomlarını yüngülləşdirmək və böyrək sağlamlığını dəstəkləmək üçün effektiv vasitə kimi qəbul edilir.
Qastronomiya və Kosmetika:
Unikal ləzzət profilinə görə, yağımız müxtəlif qida və içki məhsullarında ətirləndirici maddə kimi geniş istifadə olunur və yüksək səviyyəli kosmetika və incə ətirlərdə yüksək tələbat olan bir komponentdir.
Qlobal Sənaye Üçün Strateji Xammal:

Məhsulumuz qlobal parfümeriya sənayesi üçün strateji əhəmiyyət daşıyır.

Təchizat Zəncirinin Üstünlükləri

Qısa Məhsul Yığımı Mövsümü: Məhsul yığımı iyulun əvvəllərində və ikinci yığımı oktyabr aylarında baş tutur və  bir neçə həftə davam edir.

Ambroksan Prekursoru: Adaçayı Muskatı çiçəkləri sklareol (sclareol - bir konkret növü) istehsalı üçün əsas xammaldır. Sklareol isə öz növbəsində Ambroksan kimi yüksək dəyərli aromatik birləşmələrin sintezi üçün istifadə olunur. Materialımızdan tipik sklareol çıxımı 0.5% – 2.5% arasında dəyişir.

Bazar Tələbatı: Bu unikal materiala tələbat olduqca yüksəkdir. Bunun sübutu olaraq, parfümeriya və aromaterapiya sahəsində dünya lideri olan Fransanın illik ümumi istehsalın təxminən 50%-ni daxili bazarda istehlak etməsini göstərmək olar.

List of product Files

Without login you can only select Custom option

10,0 #

Sifariş etmək istədiyiniz məhsullar daha böyük olduğu üçün birbaşa sayt vasitəsilə sifariş vermək mümkün deyil