Tariximiz
Azərbaycanın füsünkar təbiəti və mükəmməl iqlim şəraitinə malik olan Zaqatala rayonu “Qızılgüllər diyarı” olaraq tanınır. “Ləcheq Farm and Distillery” Məhdud Məsuliyyətli Cəmiyyətinin bağları və istehsalat fabriki məhz Zaqatala rayononda yerləşir. Rayonun qızılgül mədəniyyətinin kökləri 16 cı əsrə qədər gedir. Zaqatalada qızılgül istehsalı sənayesinin tarixi 1950-ci illərə qədər uzanan dərin köklərə malikdir. Lakin 1990-cı illərdən başlayaraq bu sənayedə durğunluq yarandı. 2016-cı ildən başlayaraq biz bu dəyərli ənənənin yenidən bərpasına qərar verdik. İlkin olaraq 80 hektar ərazidən başladığımız layıhə 2024-cü ilin sonuna 192 hektara çatdırdıq. Hal hazırda ərazilərimizdə Rosa Damascena, Lavanda Angustifolia, Mentha Piperita və digər efir yağlı bitkilər yetişdiririk. Bundan əlavə təbiətdə bitən Artemisia Annua və digər müxtəlif efir yağlı bitkilərdəndə məhsullar istehsal edirik.
Ərazimizdə qurduğumuz müasir tipli distillə fabrikimizdə qeyd olunan bitkilərdən efir yağları, efir tərkibli sular, feniletilalkol və digər məhsullat istehsal edirik. Fabrikimiz bir gündə 80ton yaş bitki istehsal gücünə malikdir. Bu da bizi efir yağlarının və digər məhsulların istehsalında aparıcı mövqelərə qərarlaşdırır.

A Legacy Reborn
Tarix boyu gül ləçəklərinin sehrindən istifadə edərək əsəsrlər yaradan ustalara ehtiramımız hədsizdir. 1950-ci illərin əvvəllərində Zaqatalada ilk sənaye üsullu gül bağları çiçək açdı və bütün bir dövrün başlanğıcınına imza atdı. 1990-cı illərdən bu sənayedə durğunluq yarandı.
Ancaq 2016-cı ildə Rose Damascena növlü incə qızılgülün becərilməsini bərpa edərək unudulmaqda olan sənaye irsini bərpa edə bildik.


Bizi Tap
Alazan vadisi ilə əzəmətli Böyük Qafqaz dağları arasında, Azərbaycanın Zaqatala rayonunun qəlbində, qızılgüllər diyarında “Ləcheq Farm and Distillery”nin gül bağları və istehsal sahəsi yerləşir. 2016-cı ildən bu sənayenin davamına başlayaraq Qafqazın nəhəng efir yağları istehsalçısı çevrildik.
Bizim Distillərya
“Ləcheq Farm and Distillery” MMC-nin istehsal fabriki, ənənəviliyi qoruyub saxlayan və ən son istehsalat texnologiyalarını özündə cəmləşdirən müasir buxar distillə avadanlıqları ilə təchiz edilmişdir. Yalnız qızılgül emalı üçün nəzərdə tutulmuş 17 ədəd mis distilasiya qazanı və digər bitkilərin emalı üçün nəzərdə tutulan 2 ədəd paslanmaz metaldan hazırlanmış buxar distillə qazanı ilə təchiz olunmuş fabrikimiz may ayında, mövsümün pik günlərində, gündəlik 80 tona qədər qızılgül ləçəyi emal etmək gücündədir. Bundan əlavə bütün standartlara cavab verən,
aylıq istehsal gücü 150ton olan qızılgül suyu istehsalı xəttimiz də fəaliyyət göstərir. Müəssisəmizdə mövcud olan feniletilalkol istehsalı avadanlığı ilə Istehsal prossesi zamanı yaranan tullantı sulardan finilrtilalkol əldə edilir ki, nəticədə ətraf mühitə atılan suların 100% təmizlənməsinə və məhsul çeşidlərimizə əlavə dəyər qatan məhsul istehsalına zəmin yaradır. Bu avadanlıqlar istehsalın maksimum təhlükəsiz, keyfiyyətlə aparılmasına və zəngin tərkibə malik efir yağlarının, hidrolatların və digər məhsulların istehsalına zəmin yaradır.
Fabrikimızın bağlarımızla eyni ərazidə yerləşməsi, sahələrdən yığılan tər güllərin dərhal emal prossesinə çatdırılmasına şərait yaradır ki, nəticədə standartlara uyğun məhsulların istehsal edilməsinə zəmin yaradır. Belə bir qonşuluq, Rosa Damascena, Lavanda Angustifolia, Mentha Piperita və Artemisia Annua kimi bitkilərin parlaq qoxu notlarını əks etdirərək məhsullarımızın keyfiyyətini artırır.
Bizim Ferma
“Ləcheq Farm and Distillery” MMC, Azərbaycanın “Qızılgüllər diyarı” olan Zaqatala rayonunda 192 hektar ərazidə orqanik bağlarda bitkiçilik üzrə ixtisaslaşmış müəssisədir. Bağlarımız tam olaraq damlama-suvarma sistemi ilə təmin olunmuşdur ki, nəticədə, suvarma üçün sudan qənaətlə istifadə edilməsinə, torpağın erroziyadan və şoranlaşmadan qorumaqla yanaşı bitkilərin ehtiyacı çərçivəsində suvarılmasına öz tövhəsini verir. Təsərrüfatımızın unikal yerləşim
yeri, ideal iqlim şəraiti və münbit torpağı Rosa Damascena, Lavanda Angustifolia, Mentha Piperita və Artemisia Annua da daxil olmaqla müxtəlif növ aroma sənayesi təyinatlı bitkilərinin yetişdirilməsi üçün mükəmməl şərait yaradır. Orqanik əkinçilik təcrübələrinə sadiqliyimiz o deməkdir ki, biz pestisidlərdən, herbisidlərdən, fugisidlərdən və digər kimyasallardan yan keçərək bitkilərimizin təbii və sağlam şəkildə yetişdirilməsini təmin edirik. Bu sədaqətin nəticəsi olaraq, efir yağlarımızın, hidrolatlarımızın və digər məhsullarımızın tərkibində və keyfiyyətində bəhrəsini görürük. Bununla da biz ekologiya dostu olaraq ətraf mühitin qorunmasını və torpaq sahələrimizi gələcək nəsillərə ekoloji təmiz qaydada ötürəcəyimizi hədəfləyirik.
Məhsul yığımı dövründə təsərrüfatımızda fəallıq artır. Qızılgül yığımı və istehsalı zamanı 1800 nəfərədək insan işlə təmin olunnmaqla bu yaradıcılıq işində bizimlə çiyin-çiyinə işləyirlər. Komandamız, ən keyfiyyətli çiçəklərin istehsal prosesinə cəlb edilməsi üçün hər bir çiçəyi seçərək əl ilə dərir. Qızılgül yığımı mövsümündə 1 ay ərzində yığılan gülün sayı, çəkini ortalama sayına bölərk hesablasaq, 280-300 milyon aralığında olur. Bu güllər birgə çalışdığımız insanlar tərəfindən, əl əməyi ilə, bir-bir dərilməsini nəzərə alsaq nə qədər məsuliyyətli və zəhmət tələb edən iş olduğu aydın olur.
Biz regionda qızılgül yetişdirilməsinin zəngin irsini, 1950-ci illərdən bəri davam edən təcrübəni canlandırmaq və saxlamaqla fəxr edirik. Mu mirasın sübutu tarlalarımızın və istehsal sahəmizin canlı rəngləri və ətirlərdir.

Sözümüz
Biz, “Ləcheq Farm and Distillery” olaraq yüksək keyfiyyətli efir yağları, hidrolatlar və digər məhsullar istehsalı ilə yanaşı təbiətin və ənənənin qoruyucusu olmağı bacarmışıq. Hədəflərimiz orqanik bağçılıq, keyfiyyətli məhsul istehsalı, ətraf mühiti qorumaq və bu işlərdə ictimaiyyətin maksimum iştirakını təmin etməkdir.
Davamlılıq: Biz, bağlarımızda pestisid, fungisid, herbisid və ya təbiətə zərər verə biləcək hər hansı kimyasallar tətbiq etmədən ekologiyanı, ekosistemi və biomüxtəlifliyi qoruyaraq orqanik bitkiçiliklə məşğul oluruq. Bitkiçilik təcrübələrimiz, təbiətdəki kövrək tarazlığı qoruyaraq tarlalarımızda məhsuldarlığın və sağlamlığın qorunmasını təmin edir. Bundan əlavə istehsal fabrikimiz üçün bərpa olunan yaşıl enerjiyə sərmayə qoyaraq karbon emissiyalarını minimuma endirmək üzərində çalışırıq.
Keyfiyyət: İstehsal prosesinin hər addımına nəzarət edirik. İstehsal prossesinə detallı nəzarət məhsullarımızın yüksək keyfiyyətli olmasını təmin edir. Qabaqcıl distillə texnologiyamız və fabrikin sahələrimizin ərazisində yerləşməsi, sahələrimizdən yığılan məhsulun ən qısa zamanda istehsala verilməsinə və nəticədə tər güllərdən yüksək keyfiyyətli, cazıbədar ətirli və zəngin tərkibləri ilə məşhur olan efir yağları, hidrolatlar digər məhsulların əldə edilməsinə imkan verir.
Əhalinin iştirakı: Birgə çalışdığımız hər bir şəxsə qarşılıqlı dəyər veririk. Qızılgül yığımı mövsümündə 1 ay ərzində yığılan gülün sayı, çəkini ortalama saya bölərək hesablasaq, 280-
300 milyon aralığında olur. Bu güllərin, birgə çalışdığımız insanların əl əməyi ilə bir-bir dərilməsini nəzərə alsaq nə qədər məsuliyyətli və zəhmət tələb edən iş olduğu aydın olur. Məhsul yığımı və istehsal mövsümdə 1800 nəfərə yaxın insanla birgə çalışırıq ki, bu da insanların mövsümi işlə təmin olunması ilə yanaşı iqtisadiyyata da müsbət təsirini göstərir. Birgə çalışdığımız işçilərlə sıx əlaqələr quraraq məhsul yığımı və istehsalda iştirak edən hər kəs üçün əlverişli iş mühiti yaradırıq.
İnnovasiya: Ənənəvi istehsal metodlarını qoruyub saxlayaraq istehsal proseslərimizi daim təkmilləşdiririk. Səmərəliliyi artırmaq və ən yüksək keyfiyyət standartlarına uyğun məhsul istehsalını təmin etmək məqsədi ilə ən qabaqcıl texnologiyaları tətbiq edirik. Davamlı araşdırmaya və təcrübəmizə əsaslanan innovativ yanaşmalarımız, müştərilərimizin dəyişən ehtiyaclarına cavab verən yeni və maraqlı məhsullarla təchiz etməyimizə zəmin yaradır.
Sizi, bu sirli və məcara dolu ətir səyahətinə qoşulmağa və məhsullarımızla təbiətin birgə saflığını və gözəlliyini yaşamağa dəvət edirik.

Bizim Böyük Ailəmiz
Agro Food Investments-in fəxr üzvü kimi Lecheq Farm & Distillery kənd təsərrüfatının mükəmməlliyinə sadiq olan daha böyük ailənin bir hissəsidir. Müxtəlif kənd təsərrüfatı şirkətləri portfeli ilə Agro Food Investment kollektiv ehtirasın və innovasiyanın gücünün sübutudur. Birlikdə biz kənd təsərrüfatının gələcəyini formalaşdırırıq, dayanıqlı təcrübələrə əsaslanırıq və keyfiyyət və mükəmməlliyə dair ümumi baxışa əsaslanırıq. Bu sinerji nəinki imkanlarımızı gücləndirir, həm də ətraf mühitə və cəmiyyətə olan bağlılığımızı gücləndirir, hər bir məhsulu kollektiv nailiyyətin çırağı halına gətirir.
REGISTRATION
* Starred cells must be filled
LOG IN
* Starred cells must be filled
Enter the confirmation code from the text message